Ordu.az xəbər verir ki, bu barədə NCSIST-in sentyabrın 16-da verilən açıqlamasında bildirilib.
Ardıcıl ikinci ildir ki, NCSIST 110 milyard Yeni Tayvan dollarını (3,44 milyard ABŞ dollarına ekvivalent) keçən əməliyyat büdcəsi təqdim edib.
Yeni elan edilmiş 2024-cü il büdcəsi 2023-cü il üçün ayrılan 120,88 milyard Yeni Tayvan dollarından bir qədər aşağı olmaqla, 110,85 milyard Yeni Tayvan dolları təşkil edir.
Tayvan və Çin arasında gərginliyin artması fonunda raket tədarüklərinin 2024-cü ildə pik həddə çatması və NCSIST-in il ərzində Tayvan administrasiyasının silahlı qüvvələrinə 1000-dən çox raket tədarük etməyi planlaşdırması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az