Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Tədarük Proqramı Agentliyi (DAPA) bildirib.
Açıqlamada sözügedən sərmayənin Cənubi Koreyanın özünün inkişaf etdirdiyi və “yeraltı sığınacaqları hədəf alan raketlər” kimi tanınan “Koreya Taktiki “Yer-Yer” Raketi”nin ikinci versiyasının hazırlanması üçün istifadə ediləcəyi bildirilib.
DAPA rəsmisi də Cənubi Koreya mətbuatına verdiyi açıqlamada bu raketlərin Şimali Koreyanın yerin altında gizlətdiyi silahları hədəf alacağını bildirib.
Sözügedən layihənin 2027-ci ilin sonuna qədər davam edəcəyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az