Kanada Ukraynaya HHM avadanlığı təmin edən tərəfdaşlığa 24,3 milyon dollar töhfə verəcək

2023/09/2023--1695111459.jpg
Oxunub: 88     17:16     19 Sentyabr 2023    
Kanadanın Ukraynanı Hava Hücumundan Müdafiə (HHM) avadanlıqları ilə təmin edən Böyük Britaniyanın rəhbərlik etdiyi tərəfdaşlığa 24,3 milyon dollar (33 milyon Kanada dolları) töhfə verəcəyi açıqlanıb.

Ordu.az xəbər verir ki, Kanada hökumətindən verilən açıqlamada müdafiə naziri Bill Blairin “Lydd” Hərbi Təlim Düşərgəsinə səfəri zamanı 24,3 milyon dollarlıq dəstəyi açıqladığı bildirilib.

Açıqlamada dəstəyin Ukraynanın ehtiyac duyduğu qısa və orta mənzilli HHM raketləri və əlaqəli sistemləri təmin edən ortaqlığa verildiyi vurğulanıb.

Açıqlamada dəstəyin Baş nazir Castin Trüdonun 2023-cü ilin iyununda Ukraynanın paytaxtı Kiyevdə elan etdiyi Ukraynaya hərbi yardım üçün ayrılan 500 milyon dollarlıq fondun bir hissəsi kimi maliyyələşdirildiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ukrayna   HHM  


Bizi "telegram"da izləyin