Ordu.az xəbər verir ki, iki şirkət “EuroPULS” yeni nəsil raket artilleriya sisteminin istehsalı üçün strateji əməkdaşlıq edəcək.
Məlumata görə, yeni istehsal edilən sistem modulyar olaraq miqyaslandırıla bilən və çevik artilleriya sistemi kimi istehsal olunacaq.
Sistem həmçinin istənilən mobillik platformasına (4*4 avtomobil və yük maşınları) inteqrasiya olunacaq.
PULS müasir döyüş meydanlarının tələblərinə cavab vermək üçün hazırlanmış avtonom Yaylım Atəşli Reaktiv Sistemidir (YARS).
PULS YARS 18 ədəd “Accular” 122 mm raket, 10 ədəd “Accular” 160 mm raket, 4 ədəd “Extra” raket və 2 ədəd “Predator Hawk” raketi atmağa qadirdir.
Sevinc Əliyeva
Ordu.az