Ordu.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert, texnika elmləri namizədi, dosent Artur Avetisyan deyib.
Avetisyanın sözlərinə görə, Rusiya və İran enerji proqramlarına qoşulmaq niyyətindədirlər, lakin bu ləğv edilməməlidir.
“Müharibənin nəticələrini nəzərə alaraq, Azərbaycanın infrastruktur məsələlərində rolu artıb. Biz o infrastrukturları başa çatdırsaydıq, Rusiya və İran Azərbaycanı saymazdı. İş və siyasi iradə yoxdur, biz avtomatik olaraq Şimal-Cənub Enerji Dəhlizi layihəsindən kənarda qalırıq. Ermənistan işləri yavaş-yavaş, ancaq İrana doğru olan hissədə aparır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az