Erməni ekspert: “Qarabağda olanların seçdiyi yol hər şeyin itirilməsinə gətirib çıxaracaq”

Oxunub: 359     16:43     19 Sentyabr 2023    
“Əgər “Qarabağ hökuməti” (qondarma qurum-red.) Ankara və Moskvanın göstərişi ilə işləyirsə, bizim Qarabağ erməniləri ilə bağlı qərarları ümumiləşdirməyə haqqımız yoxdur”.

Ordu.az xəbər verir ki, bunu hərbi və təhlükəsizlik məsələləri üzrə erməni ekspert Hraçya Arzumanyan deyib.

Onun sözlərinə görə, problem Ermənistan tərəfinin “Laçın dəhlizi” anlayışını bərpa edə bilməyəcəyidir.

“Bunlar “Qarabağ hakimiyyəti”nin anti-erməni addımlarıdır, Rusiya-Türkiyə ittifaqının sifarişi ilə hərəkət edirlər. “Qarabağ hökuməti”nin seçdiyi yol (qondarma – red.) “dövlət suverenliyi”nin itirilməsinə gətirib çıxaracaq”, - deyə Arzumanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ankara   Moskva  


Bizi "telegram"da izləyin