“Paşinyan siqnallar göndərir ki, Moskvanı tərk etməyə hazırdır, lakin Qərb Ermənistana kömək etməyəcək” - Ştefan Mayster

2023/09/1695108096.jpg
Oxunub: 230     16:20     19 Sentyabr 2023    
Almaniyanın “Spiegel” qəzeti Ermənistanda keçirilən Ermənistan-ABŞ birgə hərbi təlimlərinə toxunub.

Ordu.az xəbər verir ki, nəşr “Ermənistan niyə Rusiyanı tərk edə bilmir?” sualını verib.

Qeyd olunur ki, Ermənistan-ABŞ hərbi təlimlərinə beynəlxalq diqqət əsasən ümumi geosiyasi kontekstlə, ilk növbədə Ukrayna müharibəsi ilə bağlıdır.

“Bu müharibə maraqların dəyişməsinə səbəb oldu, Bakı və Ankaranın Moskva üçün əhəmiyyəti daha da artdı, çünki Qərbin sanksiyalarından yan keçmək üçün Rusiyaya alternativ ticarət yolları, o cümlədən Azərbaycandan keçən Şimal-Cənub dəhlizi lazımdır”, - deyə “Almaniya Xarici Siyasət Assosiasiyası”nın eksperti Ştefan Mayster “Spiegel”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisələrin belə inkişafı səbəbindən Ermənistan daha böyük maraqların qurbanına çevrilib.

Bununla yanaşı, Mayster Ermənistanın ciddi fəsadlar olmadan Rusiya ilə əlaqələri poza biləcəyini düşünmür.

“Ermənistan siyasi cəhətdən Rusiyanın qucağından çıxmaq qərarına gəlsə belə, nə iqtisadi, nə də təhlükəsizlik baxımından belə bir şeyə tab gətirə bilməz. Paşinyan bizə siqnallar göndərir ki, Moskvanı tərk etməyə hazırdır. Lakin Qərb Ermənistana kömək etməyəcək, heç bir halda hərbi yardım olmayacaq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin