Ordu.az xəbər verir ki, şirkət bu mərhələni 2023-cü ilin sonuna qədər başa çatdırmağı və 2024-cü ildə uçuş sınaqlarına başlamağı planlaşdırır.
F130 mühərriklərinin B-52-nin istismar müddətini 30 il uzadacağı gözlənilir.
2021-ci ilin sentyabrında “Rolls-Royce”un F130 mühərrikləri HHQ tərəfindən B-52 parkındakı mövcud güc bloklarını əvəz etmək üçün seçilib. Bu çərçivədə 600-dən çox yeni mühərrik tədarükü gözlənilir.
Sınaqlar NASA-nın Missisipi ştatındakı Stennis Kosmik Mərkəzində aparılır. “Rolls-Royce” ilkin məqsədlərinə çatdığını və F130 mühərriklərinin B-52J-yə inteqrasiyası üçün faydalı olacaq məlumatları topladığını bildirib.
Sevinc Əliyeva
Ordu.az