Putin ərzaq embarqosunu 2024-cü ilə qədər uzadıb

2023/09/1694508234.jpg
Oxunub: 225     19:54     18 Sentyabr 2023    
Rusiya sanksiyalara cavab olaraq 2014-cü ildə tətbiq edilən ərzaq embarqosunu daha 10 il uzadıb.

Ordu.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Prezident Vladimir Putinin imzaladığı sərəncamda deyilir.

Embarqonun bir hissəsi olaraq, iqtisadi sanksiyalar tətbiq edən dövlətlərdən ölkəyə ət və süd məhsulları, balıq, tərəvəz, meyvə və qoz-fındıq idxalı qadağandır.

Embarqo Avropa İttifaqı, ABŞ, Avstraliya, Kanada, Norveç, İslandiya, Lixtenşteyn, Albaniya və Monteneqroya şamil edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin