Ordu.az xəbər verir ki, HAVELSAN Baş direktoru Mehmet Akif Nacar Türkiyə müdafiə sənayesinin bütün dünyada qəbul edilən sərgi və mühitlərdə məhsul satmaq və imkanlarını nümayiş etdirmək səlahiyyətinə çatdığını bildirib.
Nacar İstanbulda keçirilən və çox fəal keçən IDEF-dən sonra dünyanın ən əhəmiyyətli sərgiləri arasında yer alan Avropanın ən böyük müdafiə sərgisi DSEI-yə qatıldıqlarını qeyd edib.
O, sərgiyə quru, hava, dəniz məhsulları, komanda idarəetmə və döyüş idarəetmə sistemləri və avtonom sistemlər sahəsində simulyator məhsulları ilə qatıldıqlarını bildirib.
Sevinc Əliyeva
Ordu.az