Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi daxilində logistika dəstək maşınları istehsal edən “Koluman Otomotiv Endüstri AŞ” şirkəti Londonda keçirilən dünyanın aparıcı müdafiə sənayesi toplantılarından biri olan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində (DSEI 2023) “Derman” 8X8 avtomobilini nümayiş etdirib.
Şirkətin hərbi layihələrdən məsul Baş direktor müavini Zəfər Özcan bu cür sərgilərin bəzən şirkətlərin tarixində dönüş nöqtəsi ola biləcəyini bildirib.
Özcan DSEI ilə “Derman”ı ilk dəfə xaricdə sərgilədiklərini qeyd edib.
Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə “Derman” üçün 8X8 Təkərli Konteyner Daşıyıcı Vasitə (DROPS) Layihəsini imzaladıqlarını xatırladan Özcan 70 avtomobillik layihənin ilk 7 vasitəsini təhvil verdiklərini bildirib.
Sevinc Əliyeva
Ordu.az