“CES Kompozit” artan tələbata cavab vermək üçün yeni investisiyalarla öz gücünü əhəmiyyətli dərəcədə artırıb

2023/09/2023--1695018445.jpg
Oxunub: 150     16:05     18 Sentyabr 2023    
Son vaxtlar dünyada münaqişə mühitlərinin artması ilə hərbi qulluqçularını qorumaq üçün ballistik qoruyucu vasitələr axtaran ölkələr Türkiyə şirkətinin yolunu tutur.

Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi daxilində kompozit hissələr və ballistik qoruyucu həllər sahəsində ixtisaslaşan “CES İleri Kompozit ve Savunma Teknolojileri AŞ” şirkəti Londonda keçirilən dünyanın aparıcı müdafiə sənayesi toplantılarından biri olan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində öz məhsul və imkanlarını nümayiş etdirib.

Şirkətin Baş direktoru Selçuk Şentürk son hadisələrin və tələbatın artmasının sərgini canlandırdığını və çox sıx bir görüş trafikinə sahib olduqlarını bildirib.

Britaniya və müxtəlif Avropa ölkələrindən gələn fərqli tələbləri qiymətləndirdiklərini ifadə edən Şentürk sərgidə həm fərdi mühafizə, həm də avtomobil mühafizəsi həllərini sərgilədiklərini qeyd edib.

Şentürk bildirib ki, “CES Kompozit” artan tələbata cavab vermək üçün yeni investisiyalarla öz gücünü əhəmiyyətli dərəcədə artırıb.

“Xüsusilə Britaniyadakı bəzi yerli proqramlarda yerli şirkət kimi iştirak etməyin üstünlüyünü gördük. Bizim Britaniyada Türkiyə ilə müqayisədə çox kiçik istehsal gücümüz var. Buradakı əsas strategiyamız burada göstərdiyimiz istehsal gücü ilə işi götürüb Türkiyədə mümkün qədər çox iş görmək idi və inanıram ki, buna nail olduq. Ötən il dövriyyəmizin 50 faizini ixrac təşkil edib və biz bu ilin sonunda rəqəmlərin 60-65 faiz arasında olacağını görürük. Burada görürük ki, xaricdəki komandamızın genişləndirilməsi, Böyük Britaniyadakı təşəbbüsümüz, Finlandiyada qurduğumuz yeni tərəfdaşlıq və yeni istehsal müəssisəsi də çox səmərəlidir. Son zamanlar müxtəlif Avropa ölkələrindən müxtəlif şirkətlərdən tərəfdaşlıq əməkdaşlıq təklifləri gəlir. Müdafiə sənayesində əməkdaşlıq praktikasının artdığını görürük. Açığı, bu da bizi sevindirir. Burada bizim xaricdəki komandamız müştərilərimizlə intensiv danışıqlar aparır və biz yeni layihə və proqramlar üçün yeni müqavilələrə doğru irəliləyirik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CESKompozit   Türkiyə  


Bizi "telegram"da izləyin