HAVELSAN-ın “Çaka” İDP-si üçün kritik proses başlayır

2023/09/1695018340.jpg
Oxunub: 222     16:25     18 Sentyabr 2023    
HAVELSAN-ın Baş direktoru Mehmet Akif Nacar Böyük Britaniyanın paytaxtı Londonda keçirilən DSEI 2023 Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində açıqlama verib.

Ordu.az xəbər verir ki, Nacar ilk dəfə beynəlxalq tədbirdə nümayiş etdirilən “Çaka” Kamikadze İnsansız Dəniz Platformasına (İDP) toxunub.

“Çaka” prototipləşdirmə mərhələsindədir. İlin sonuna qədər ilk prototipi buraxmağı planlaşdırırıq. Daha sonra çöl sınaqları aparılacaq və sınaqlardan sonra istehsal mərhələsi gələcək”, - deyə o qeyd edib.

HAVELSAN-ın Baş direktoru bildirib ki, sahə testləri həqiqətən vacibdir.

“Onun orada göstərəcəyi performans və sahənin ehtiyaclarını ödəmək qabiliyyəti həmin sınaqlarda üzə çıxacaq. İstədiyiniz qədər mükəmməl məhsul dizayn etsəniz belə, bu sahədə həmişə dəyişikliklər və tələblər olur. Bunlar həqiqətən də əsaslı tələblərdir. Bu kontekstdə yaxşı dizayna doğru irəliləyəcəyimizi deyə bilərik”“, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN   Çaka   İDP  


Bizi "telegram"da izləyin