Zelenski ABŞ Konqresində çıxış edəcək

2023/09/1695013703.jpg
Oxunub: 124     06:20     18 Sentyabr 2023    
Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 21-də ABŞ Konqresində senatorlar qarşısında çıxış edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Konqres aparatının nümayəndəsi məlumat yayıb.

Məlumata görə, Zelenskinin 2022-ci ilin dekabrında olduğu kimi hər iki palatanın birgə iclasında çıxışı planlaşdırılmır.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Zelenskinin Vaşinqtona səfəri zamanı Konqres nümayəndələri ilə görüşəcəyini bildirsə də, görüşün hansı formatda keçiriləcəyini açıqlamamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Zelenski  


Bizi "telegram"da izləyin