Somalidə Efiopiya ordusunun 167 hərbçisi terrorçularla döyüşdə həlak olub

2019/04/10707-1554961296.jpg
Oxunub: 174     20:01     17 Sentyabr 2023    
Somalinin qərbində Efiopiya ordusunun onlarla hərbçisi radikal “Aş-Şabab” qruplaşmasının yaraqlıları ilə şiddətli döyüşdə həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" hərbi toqquşmanın baş verdiyi ərazidə Rab-Dhure şəhərinin sakinlərinə istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, döyüş ağır silahlardan istifadə edilməklə aparılıb. Rab-Dhure Somali ilə Efiopiya sərhədində yerləşir.

Öz növbəsində Somalinin xəbər portalı “Garowe” bildirib ki, Efiopiya ordusunun karvanı pusquya düşüb və 167 hərbi qulluqçu həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Efiopiya   Terror  


Bizi "telegram"da izləyin