ABŞ Ukraynaya yeni raketlər verəcək

2023/09/raket-1694858914.jpg
Oxunub: 297     13:45     16 Sentyabr 2023    
Ukrayna ATACMS raketlərinin tədarükü ilə bağlı Vaşinqtonla danışıqlar aparır və yaxın vaxtlarda bu silahlar Kiyevə veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, prezident Volodimir Zelenski gələn həftə ABŞ-yə səfəri zamanı Ukraynaya hərbi yardım və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək.

Oleq Nikolenko, həmçinin, yaxın zamanlarda Volodimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “taxıl sazişinə” dair yeni danışıqların baş tutacağını istisna etməyib.

Bir müddət öncə ABŞ hakimiyyət orqanları prezident Cozef Baydenin sentyabrın 21-də Vaşinqtonda Volodimir Zelenski ilə danışıqlar aparacağını elan edib. Ağ Evin məlumatına görə, Ukrayna prezidenti Konqresdə demokratların və respublikaçıların liderləri ilə də görüşmək istəyir.

Qeyd edək ki, HIMARS raket sistemi vasitəsilə buraxıla bilən ATACMS raketləri 300 kilometrədək uçuş məsafəsinə malikdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin