Britaniyalı admiral: “Ukraynanın uğurlu hücumları donanmaların özləri üçün hansı taktikaları nəzərdən keçirməli olduqlarını göstərib”

2023/09/1694850910.jpg
Oxunub: 244     20:32     16 Sentyabr 2023    
Ukraynanın quru dokda “yatan” “Kilo” sinfinə məxsus Rusiya sualtı qayığını məhv etməsindən bir neçə saat sonra Britaniyanın ən yüksək səviyyəli dəniz zabiti dəniz müharibəsində yeni dövrə işarə edib.

Ordu.az xəbər verir ki, admiral Ser Ben Key 1900-cü illərin əvvəllərində Britaniya və Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) öz strategiyalarını əsaslı şəkildə dəyişməsinə səbəb olan mühərrik, artilleriya və zireh sahəsindəki inkişaflara toxunaraq, insansız dəniz platformaları və avtomatlaşdırmanın “qorxulu an gətirdiyini” bildirib.

Londonda DSEI silah sərgisində Key deyib: “Yenə biz tamamilə yeni bir şey, paradiqma dəyişikliyi ilə qarşılaşırıq”.

Britaniya Kral HDQ-nin Birinci Dəniz Lordu Britaniyanın insansız sistemlərdə əldə etdiyi irəliləyişləri vurğulayaraq, Avropanın ən böyük insansız sualtı qayığı olan “Cetus”un Britaniya tərəfindən inkişaf etdirildiyini, insansız mina darama gəmisinin istifadəyə verildiyini və ekipajsız hava sistemləri üzərində təcrübələr aparıldığını bildirib.

Key qeyd edib ki, Ukraynanın Rusiyanın Qara dəniz donanmasına raket və partlayıcı yüklü insansız gəmilərlə hücumları Britaniya HDQ üçün xüsusilə əhəmiyyətlidir.

O vurğulayıb ki, Ukraynanın uğurlu hücumları donanmaların özləri üçün hansı hücum imkanları və taktikalarını nəzərdən keçirməli olduqlarını göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin