Ordu.az xəbər verir ki, Londonda keçirilən dünyanın qabaqcıl müdafiə sənayesi toplantılarından biri olan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində (DSEI 2023) Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətləri xaricə yönələn mühüm əməkdaşlığa imza atıb.
“Nurol Makina” şirkətinin Baş direktorunun müavini Anıl Karel DSEI 2023-ün çox fəal keçdiyini və IDEF 2023-də təqdim etdikləri Yüngül Zirehli Vasitə NMS-L-ni sərgiyə gətirdiklərini bildirib.
Sərgiyə yeni qurduqları “Nurol Makina UK” şirkəti ilə qatıldıqlarına diqqət çəkən Karel bunun “Nurol Makina Macarıstan”dan sonra qurduqları ikinci beynəlxalq şirkət olduğunu qeyd edib.
Sevinc Əliyeva
Ordu.az