Çin “Northrop Grumman” və “Lockheed Martin”ə sanksiya tətbiq edib

2023/09/1694849968.jpg
Oxunub: 214     16:27     16 Sentyabr 2023    
Çin Tayvana silah tədarük etdiyinə görə “Northrop Grumman Corp.” və “Lockheed Martin Corp.”un törəmə müəssisəsinə sanksiya tətbiq etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən mətbuat brifinqində bildirib.

Ninq qeyd edib ki, Missuri ştatının Sent-Luis şəhərindəki “Lockheed Martin Corp.” ABŞ-nin 24 avqustda elan etdiyi Tayvana silah satışında birbaşa iştirak edib.

O bildirib ki, “Northrop Grumman” ABŞ-nin Tayvana silah satışında bir neçə dəfə iştirak edib.

“Çin Xalq Respublikasının xarici ölkələrə qarşı sanksiya qanununa uyğun olaraq, Pekin yuxarıda adı çəkilən bu iki ABŞ müdafiə şirkətinə sanksiya tətbiq etmək qərarına gəlib”, - deyə Ninq vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan   Silah  


Bizi "telegram"da izləyin