Ordu.az xəbər verir ki, freqat 6050 ton subasımı qabiliyyətinə malikdir.
Onun uzunluğu 144,24 metr, eni isə 18,80 metrdir.
“HNLMS De Ruyter” hər biri 5,1 MVt güc istehsal edən iki güclü “Wärtsilä” 16 V26 dəniz dizel mühərrikindən, həmçinin hər biri 19,5 MVt güc istehsal edən iki “Rolls-Royce Marine Spey SM 1C” qaz turbinindən ibarət birləşmiş dizel və ya qaz sistemindən istifadə edir.
Gəmi silah sistemləri olaraq 1 ədəd “Oto Melara” 127 mm/54 cüt təyinatlı top, 2-4 ədəd “Browning M2” 12.7 mm pulemyot, 4-6 ədəd FN MAG 7.62 mm pulemyot və 1-2 ədəd “Goalkeeper” CIWS (Yaxın Mənzilli Silah Sistemi) ilə yaxşı təchizata malikdir.
Sevinc Əliyeva
Ordu.az