Belçika HDQ “BNS Castor” patrul gəmisini nümayiş etdirib

2023/09/1694849503.jpg
Oxunub: 188     15:00     16 Sentyabr 2023    
Belçika Hərbi Dəniz Qüvvələri (HDQ) 12-15 sentyabr tarixlərində Londonda keçirilmiş DSEI 2023 (Defense and Security Equipment International) sərgisində “Castor” sinfinə məxsus “BNS Castor” patrul gəmisini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, 2012-ci ildə Belçika müdafiə naziri Pieter De Crem iki missiyaya hazır gəmi üçün ayrılan 34 milyon avro büdcə ilə dəniz planlarını açıqlayıb.

May ayında hökumət bu təklifə yaşıl işıq yandırıb.

Həm “Damen Group”, həm də “Socarenam” bu layihəyə maraq göstəriblər. “Damen” mövcud “Stan” patrul gəmisinin versiyasını təklif etdiyi halda, 2012-ci ilin dekabrında qalib “Socarenam”ın daha sərfəli təklifi (26,6 milyon avro) olub.

İlk gəmi “Castor” 2014-cü ildə, onun ardınca “Pollux” 2015-ci ildə HDQ-yə təhvil verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   HDQ   BNS-Castor  


Bizi "telegram"da izləyin