“Bayraktar Akıncı” səmada 30 min saatı geridə qoydu

2023/09/AKINC-1694844173.jpg
Oxunub: 150     11:21     16 Sentyabr 2023    
Türkiyənin ilk milli Pilotsuz Uçuş Aparatlarını (PUA) istehsal edən “Baykar” tərəfindən milli və bənzərsiz bir şəkildə inkişaf etdirilən “Bayraktar Akıncı” PUA-sı 30 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq, Türkiyə aviasiya tarixində daha bir mühüm mərhələni geridə qoyub.

Ordu.az xəbər verir ki, indiyə qədər 8 ölkə ilə ixrac müqaviləsi imzalayan “Bayraktar Akıncı” səmərəli xidmətini davam etdirir.

Milli PUA aviasiya tarixində ilk dəfə həyata keçirilən uçuşlarda iştirak edib. “Bayraktar Akıncı” və “Bayraktar Kızılelma”nın ilk dəfə 2023-cü il aprelin 24-də Çorluda icra edilən sınaqda həyata keçirdiyi və dünya aviasiya tarixində bir ilk olan yaxın qol uçuşundan sonra TEKNOFEST 2023-də yeni bir ilkə imza atılıb.

“Akıncı” PUA-sı və “Kızılelma” pilotsuz döyüş təyyarəsi İstanbul səmasında dəfələrlə ictimaiyyət qarşısında eyni uçuşu həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-Akıncı   PUA  


Bizi "telegram"da izləyin