ASELSAN-ın radioelektron müharibə sistemləri Avropa arenasındadır

2023/09/Ahmet-1694844078.jpg
Oxunub: 152     10:49     16 Sentyabr 2023    
ASELSAN Böyük Britaniyanın paytaxtı Londonda keçirilən DSEI 2023 sərgisində geniş şəkildə iştirak edib.

Ordu.az xəbər verir ki, sərgi zamanı ASELSAN Baş direktoru Ahmet Akyol jurnalistlərin suallarını cavablandıraraq, mühüm açıqlamalar verib.

DSEI 2023-ün beynəlxalq arenada əhəmiyyətli bir sərgi olduğuna diqqət çəkən Ahmet Akyol qeyd edib: “Bütün beynəlxalq istifadəçilərin, şirkətlərin və maraqlı tərəflərin iştirak etdiyi bir tədbirdir. Türkiyənin müdafiə sənayesi əhəmiyyətli iştirak göstərir və ASELSAN da onlardan biridir. Afrikadan Asiyaya, Avropadan Amerikaya qədər bir çox ölkədən maraqlı tərəfdaşlarımızla burada görüşdük. Hazırkı işlərimizi qiymətləndirərkən, yeni əməkdaşlıqlar və imkanlar ön plana çıxır”.

ASELSAN-ın beynəlxalq arenada ixracyönümlü fəaliyyətini getdikcə artırdığını vurğulayan Ahmet Akyol bildirib: “Bir çox məhsulumuzla buradayıq, lakin xüsusilə ASELSAN-ın inkişaf etdirdiyi Pilotsuz Uçuş Aparatları (PUA), PUA faydalı yükləri də çox diqqət çəkir. Radioelektron müharibə podunu bura gətirdik. Xüsusilə “Bayraktar TB2” və “Anka”larımız üçün hava hücumundan müdafiə sistemlərinə qarşı daha təsirli fəaliyyət göstərmələrini təmin etmək baxımından özünü sübut etmiş çox təsirli bir məhsuldur”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Böyük-Britaniya  


Bizi "telegram"da izləyin