Ordu.az xəbər verir ki, “Bayraktar TB2” və “Akıncı” PUA-larının ixracı üçün “Baykar”ın müqavilə bağladığı ölkələrin sayı bu yaxınlarda açıqlanıb.
Məlumata görə, “Baykar” istehsalı olan PUA platformaları 30-dan çox ölkəyə ixrac edilib.
Şirkət indiyədək 31 ölkəyə “Bayraktar TB2” PUA-sı, 8 ölkəyə isə “Akıncı” PUA-sı ixrac edib. Həm “Akıncı”, həm də “Bayraktar TB2”nin ixrac edildiyi ölkələrin ümumi sayı 32 olaraq açıqlanıb.
Xülasə, şirkətin ixrac həyata keçirdiyi 7 ölkə həm “Bayraktar TB2”, həm də “Akıncı” PUA-sı alıb. Bir ölkə isə yalnız “Akıncı” PUA-sının tədarükü üçün müqavilə imzalayıb.
Sevinc Əliyeva
Ordu.az