Ordu.az xəbər verir ki, bunu Çexiya ermənisi olan siyasi şərhçi Baqrat Arakelyan deyib.
Arakelyan hesab edir ki, Ermənistan son seçimi etməli olduğu yol ayrıcına çatıb.
“Ermənistan gələcək üçün seçim etməlidir. Rusiya Ermənistanı əyalət hesab edib və heç vaxt müttəfiqi saymayıb”, - deyə o qeyd edib.
Fransanın Marsel şəhərinin Xaçatur Abovyan adına Erməni Kollecinin direktoru Karen Xurşudyan isə bildirib ki, Rusiyadan gələn son bəyanatlar sadəcə təhdid xarakteri daşıyır.
“Onlar əlimizə qılınc verməyə, onu itiləməyə çalışırlar, bu qılıncla başımızı kəsəcəklər. Rusiya ermənilərinə qarşı repressiyalar qaçılmaz olacaq, Ermənistan hazırlaşmalıdır”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az