ISW: Ukrayna Qara dənizdə Rusiya gəmilərinə PUA-larla zərbə endirib

2023/09/45710-1694840598.jpg
Oxunub: 447     08:47     16 Sentyabr 2023    
Ukrayna müdafiə qüvvələri Qara dənizdə Rusiya patrul gəmilərinə yerüstü pilotsuz uçuş aparatları ilə hücum edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə “RBC-Ukrayna” Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hesabatına istinadən məlumat yayıb.

Ukrayna kəşfiyyatının mənbələri də sentyabrın 14-də dəniz pilotsuz təyyarəsinin Sevastopol körfəzinin girişində Rusiyanın Bora sinifli korvetinə ciddi ziyan vurduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi HHM qüvvələrinin hücumu dəf etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MN   Ukrayna  


Bizi "telegram"da izləyin