Səfir: “Azərbaycan və Meksika beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir”

2023/09/16747-1694795747.jpg
Oxunub: 20385     20:30     15 Sentyabr 2023    
“Azərbaycan və Meksika beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir”.

Ordu.az xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Bakıda Meksika Birləşmiş Ştatlarının müstəqilliyinin 213 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, BMT çərçivəsində ölkələr arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq daim inkişaf edir.

“Bu ilin yanvarında etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdim, may ayında isə iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu çərçivəsində Meksikanın xarici işlər nazirinin müavini Karmen Moreno ilə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov arasında görüş baş tutub”, - səfir xatırladıb.

O, həmçinin vurğulayıb ki, Meksika Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu yüksək qiymətləndirir.

“Hazırda Azərbaycandan Meksikaya turist axınını təmin etmək üçün səfirlik bir çox strukturlarla əməkdaşlıq edir”, - Mariya Viktoriya Romero Kabalyero qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Meksika  


Bizi "telegram"da izləyin