Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru ilə görüşüb - FOTO

2023/09/65043-3389557766.jpg
Oxunub: 191     15:41     15 Sentyabr 2023    
Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Prezident Zelenski X hesabında paylaşım edib.

"Ukrayna- BCM əməkdaşlığını daha da inkişaf etdirmək üçün prokuror Kərim Xanla görüşdüm. Putin üçün tarixi həbs qərarı daxil olmaqla bu əməkdaşlıqda artıq çox şeyə nail olunub".

Zelenski deyib ki, BCM-in Ukraynada ofisinin açılışı bu əməkdaşlığa töhvə verəcək.

"Bu müharibədə Rusiyanın törətdiyi cinayətlərə görə ədalət qaçılmazdır", - Zelenski qeyd edib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Kərim-Xan  


Bizi "telegram"da izləyin