Ordu.az xəbər verir ki, ABŞ Kosmik Agentliyinin rəhbərliyi, eyni zamanda, uçan naməlum obyektlərlə (UNO) bağlı daha dərin faktların araşdırılmasını tələb edən ekspert qrupunun indiyədək heç bir sübut tapmadığını bildirib.
NASA-nın rəhbəri Bill Nelson müstəqil ekspertlər heyətinin yeni hesabatında Agentliyin UAP haqqında məlumat toplamaq səylərini artırmasını və Pentaqona onların aşkar edilməsində daha böyük rol oynamasını tövsiyə etdikdən sonra yeni tədqiqat rəhbəri haqqında açıqlama verib, lakin onun şəxsiyyətini açıqlamayıb.
B.Nelson mətbuat konfransı zamanı Yer kürəsindən kənarda həyatın mövcud olması ilə bağlı şəxsi fikrini də açıqlayıb:
"UNO ilə bağlı qlobal bir maraq var. Səyahətlərim zamanı tez-tez aldığım suallardan biri bu görüntülərlə bağlı olur. Bu maraq, əsasən, onun naməlum təbiəti ilə bağlıdır. Mən inanıram ki, ucsuz-bucaqsız böyük bir kainatda həyat var. Əslində Kainatın da nə qədər böyük olduğunu başa düşmək mənim üçün çətindir. Amma mənim şəxsi cavabım "bəli" olacaq".
NASA-nın rəhbəri əlavə edib ki, başqa dünyadakı varlıqların Yer kürəsini ziyarət etmə şansları aşağıdır.
UNO-ların tədqiqi ilə bağlı fizikadan astrobiologiyaya qədər müxtəlif sahələrdə ekspertlərdən ibarət NASA paneli keçən il yaradılıb və bu ilin iyununda ilk ictimai toplantısını keçirib.
B.Nelson sonda bildirib:
"NASA-nın müstəqil tədqiqat qrupu UNO-nun yerdən kənar mənşəli olduğuna dair heç bir sübut tapmadı, biz bu onun nə olduğunu da bilmirik. Agentliyin məqsədi UNO haqqında söhbəti sensasiyadan uzaqlaşdırmaq, elmi əsaslara istinad etməkdir".
Ordu.az