“Jackal” PUA-sı London DSEI-də böyük diqqət çəkib

2023/09/2023--1694767795.jpg
Oxunub: 21921     17:16     15 Sentyabr 2023    
Sentyabrın 13-də Londonda start götürən DSEI Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində “Fly BVLOS Technology” tərəfindən hazırlanan “Jackal” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) böyük marağa səbəb olub.

Ordu.az xəbər verir ki, 2022-ci ilin oktyabr ayında Britaniyada raket atışı həyata keçirən “Jackal” PUA-sı Britaniya mediasında, eləcə də beynəlxalq mediada geniş işıqlandırılıb.

Fərqli dizaynı və unikal istifadə konsepsiyası ilə diqqət çəkən “Jackal” PUA-sı sərgiyə gələnlərin diqqətini çəkib.

Sərgidə nümayiş olunan “Jackal” PUA-sının üzərində 2 ədəd “Thales LMM” raketi təqdim olunub.

“Fly Bvlos” daxilində türkiyəli mühəndislər tərəfindən layihələndirilən və inkişaf etdirilən “Jackal” PUA-sının əqli mülkiyyət hüquqları ötən ilin iyulunda Britaniyanın “Flyby Technology” şirkəti tərəfindən alınıb.

İlk uçuşunu 2022-ci il aprelin 23-də edən “Jackal” 2022-ci il aprelin 25-də Britaniyaya ixrac edilib. Satın alan Britaniya şirkəti tərəfindən zərbə tipli PUA-ya çevrilən “Jackal” ilk atışını 2022-ci ilin oktyabrında “Thales”in LMM raketi ilə həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Jackal   PUA   London   DSEI  


Bizi "telegram"da izləyin