“BMC Power” şirkəti “Tuna” mühərriki üçün 97 ədədlik ilk seriyalı istehsalı uğurla başa çatdırıb

2023/09/2023--1694767610.jpg
Oxunub: 221     15:57     15 Sentyabr 2023    
Türkiyənin müdafiə sənayesinin güc qrupu istehsalçısı “BMC Power” “Tuna” mühərrikinin ilk kütləvi istehsal tapşırığını müvəffəqiyyətlə yerinə yetirib.

Ordu.az xəbər verir ki, “BMC Power” Londonda keçirilən dünyanın aparıcı müdafiə sənayesi toplantılarından biri olan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində (DSEI 2023) iştirak edib.

“BMC Power” sərgidə 400 at gücünə malik “Tuna” mühərrikini nümayiş etdirib.

Sərgidə verdiyi açıqlamada şirkətin baş direktoru Mustafa Kaval ilin əvvəlində “Tuna” mühərrikinin seriyalı istehsalına başladıqlarını bildirib.

“97 ədəd “Tuna” mühərrikimiz istehsal edildi və ehtiyac çərçivəsində İzmirdə “Vuran” avtomobillərinə inteqrasiya olunmaq üçün tədarüklər etdik. Bu layihə və ilk kütləvi istehsal paketi uğurla tamamlandı. Bu mühərrikin fərqli tətbiqləri olacaq. Bunlardan birincisi çərçivəsində “Tuna” mühərrikimizi “Kirpi-2” avtomobillərində istifadə edəcəyik. Bu mənada istehsal etdiyimiz ilk mühərriki bu həftə İzmir fabrikimizə göndəririk. İlin sonunda “Kirpi” avtomobili ilə bir araya gələcək. Birinci partiyada bunu 10-a çatdıracağıq. Bu, “Tuna” mühərrikimizin ikinci tətbiqi olacaq. Üçüncü alternativ olaraq, texniki komandamız İzmirdə nəqliyyat vasitələri istehsal edən dostlarımızla birlikdə bu mühərriki yüklü personal daşıyıcı vasitələr və yüngül yük maşınlarında istifadə etmək üçün interfeys araşdırmaları aparır. İşlər başa çatdıqdan sonra “Tuna” mühərrikimizdən həmin layihədə də istifadə edəcəyik. Bu vəziyyətdə geniş yayılacaq və silahlı qüvvələrin inventarına daxil olacaq bir mühərrik olacaq”, - deyə Kaval qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMC-Power   Tuna  


Bizi "telegram"da izləyin