Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defence” nəşri tərəfindən dərc olunan hesabatda bildirilib.
“General Atomics” rəsmisi Mark Brinkley qeyd edib ki, sınaqlar PUA-nın əsas istifadə xüsusiyyətlərini yoxlayacaq, sonrakı inkişaf və sınaqlar üçün əsas təşkil edəcək.
“LongShot” PUA sistemi bombardmançı və ya qırıcı təyyarədən buraxıla bilər.
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) üçün Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (DARPA) təşəbbüsü ilə həyata keçirilən “LongShot” proqramı mövcud “hava-hava” silahlarından istifadə edə bilən, havadan buraxılan pilotsuz aparat inkişaf etdirməyi hədəfləyir.
Bu aparatın hərbi döyüş təyyarələrinin nişan alma məsafəsini və missiya effektivliyini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.
2021-ci ildə “General Atomics” müdafiə sənayesi təşkilatları “Northrop Grumman” və “Lockheed Martin” ilə “LongShot” PUA-sını inkişaf etdirmək üçün işləməyə başlayıb.
Sevinc Əliyeva
Ordu.az