Ordu.az xəbər verir ki, “Bayraktar Akıncı” Pilotsuz Uçuş Aparatı (PUA) tərəfindən atış sınaqları uğurla həyata keçirilən İHA-230 ilk ixrac uğurunu əldə edib.
ROKETSAN-ın məsələ ilə bağlı verdiyi açıqlamada bu ifadələr yer alıb: “Ölkəmizin ilk supersəs raketi olan və “Bayraktar Akıncı” platforması ilə birlikdə istifadə ediləcək İHA-230-un ilk ixracını etdik. Güclü əməkdaşlığımızı davam etdirərək, ölkəmiz üçün hər gün istehsal etməyə və güclənməyə davam edəcəyik!”.
Qeyd edək ki, İHA-230 “hava-yer” supersəs ballistik raketi 150+ kilometr mənzilə malikdir.
Sevinc Əliyeva
Ordu.az