Putin Lukaşenko ilə danışıqlar aparacaq

2023/09/1694753609.jpg
Oxunub: 132     04:35     15 Sentyabr 2023    
Rusiya prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Ordu.az bərə verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Belarus Rusiyanın ən yaxın müttəfiqidir və iki dövlətin başçıları müntəzəm olaraq ünsiyyət qururlar.

Belə söhbətlərdə “saatların sinxronlaşdırılması, koordinasiya, fikir mübadiləsi” baş verir.

Bu, iki lider arasında bu il yeddinci görüş olacaq. Əvvəlki altılıq da Rusiyada baş tutub. Bundan başqa, dövlət başçıları mütəmadi olaraq bir-birinə zəng edir, sonuncu telefon danışığı avqustun 30-da baş tutub - o zaman Putin şəxsən Lukaşenkonu ad günü münasibətilə təbrik edib.

Lukaşenko ilə Putin arasında əvvəlki danışıqlar iyulun 23-də Sankt-Peterburqda baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Putin  


Bizi "telegram"da izləyin