Ordu.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Yaroslav Miku deyib.
Qırıcı təyyarələrin alınmasına dair müqavilənin təfərrüatları ilə bağlı danışıqlar hələ yekunlaşmayıb. Onun dəqiq qiyməti danışıqlar tamamlandıqdan sonra bəlli olacaq. Mərkəzi Avropa ölkəsi üçün ilk təyyarələr 2029-cu ildə istehsal olunacaq və onların hamısı 2031-ci ildə Çexiyaya çatmalıdır. F-35A “hava-hava” və “hava-yer” raketləri də daxil olmaqla silahlarla tam təchiz olunacaq.
Qırıcılara qulluq edəcək Çexiya uçuş və yer heyətinin hazırlığına 2029-cu ildə başlanacağı gözlənilir. Bu, KİV-in qeyd etdiyi kimi, Amerika tərəfinin hesabına həyata keçirilməlidir ki, bu da istismarın ilk illərində təyyarənin təmiri xərclərini öz üzərinə götürəcək.
Çexiya Hərbi Hava Qüvvələri hazırda İsveçdən icarəyə götürülmüş 14 ədəd səsdən sürətli 4-cü nəsil “Jas 39 Gripen” qırıcılarından istifadə edir. Onlar istismar müddəti 2070-ci ilə qədər müəyyən edilən F-35A ilə əvəz edilməlidir.
Ordu.az