Zelenski gələn həftə Baydenlə görüşəcək

2023/02/thumb-1676894904.jpg
Oxunub: 197     00:12     15 Sentyabr 2023    
Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin NBC telekanalı məlumat yayıb.

Bildirilib ki, Vladimir Zelenski səfər çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Görüşün Nyu-Yorkda və ya Ağ Evdə keçiriləcəyi hələki məlum deyil.

Qeyd edək ki, Zelenski sonuncu dəfə Co Baydenlə bu ilin iyulunda NATO-nun Vilnüs sammiti çərçivəsində, Litvada görüşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Bayden  


Bizi "telegram"da izləyin