Ordu.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu bazar günü axşam İsraildə yəhudilərin Yeni ili Roş-Ha-Şana başa çatdıqdan dərhal sonra İsraildən ABŞ-yə uçacaq. Qeyd olunub ki, onun ABŞ-yə səfəri dövlət səfəri statusunda olacaq.
“Səfər çərçivəsində hökumət başçısı ABŞ Prezidenti Cozef Bayden, Almaniya kansleri Olaf Şolts, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodımır Zelenski və Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə görüşəcək”, - məlumatda deyilib.
Səfər zamanı Netanyahu həmçinin BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edəcək və dünya təşkilatının Baş katibi Antoniu Quterreşlə görüş keçirəcək.
Ordu.az