Putinlə Lukaşenko sentyabrın 15-də Soçidə görüşəcək

2023/06/1687595720.jpg
Oxunub: 175     16:24     14 Sentyabr 2023    
Rusiya prezidenti Vladimir Putin sentyabrın 15-də Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Belarusun Rusiyanın ən yaxın müttəfiqi olduğunu deyən Kreml nümayəndəsi, dövlət başçılarının mütəmadi əlaqə saxladıqlarını və fikir mübadiləsi apardıqlarını bildirib.

Qeyd edək ki, bu, Putinlə Lukaşenkonun bu il ərzindəki artıq 7-ci görüşü olacaq. Rusiya və Belarus prezidentlərinin bundan əvvəlki altı görüşü də Rusiya ərazisində keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Lukaşenko  


Bizi "telegram"da izləyin