Avstraliyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

2023/09/1694686143.jpg
Oxunub: 100     13:36     14 Sentyabr 2023    
Avstraliyanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Avstraliya xarici işlər nazirinin İran xalqını və insan haqları məsələsini dəstəkləmək bəhanəsi ilə müdaxilə xarakterli bəyanatları eləcə də bir sıra İran rəsmiləri və vətəndaşlarına qarşı növbəti sanksiyaların elan edilməsindən sonra Avstraliya səfirliyinin müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb.

İran XİN-in Avstraliya xarici işlər nazirinin müdaxiləçi sözlərinə və sanksiyalara etirazı səfirə çatdırılıb.

Avstraliyalı diplomat bildirib ki, hökumətinin əsas siyasəti İran İslam Respublikası ilə əməkdaşlıq etməkdir və o məsələni ən qısa zamanda ölkəsinə çatdıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   İran  


Bizi "telegram"da izləyin