Türkiyə MN Ermənistanı Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməyə çağırıb

2023/05/1683636331.jpg
Oxunub: 254     13:10     14 Sentyabr 2023    
“Ermənistanın Cənubi Qafqazdakı sabitlik üçün Azərbaycan tərəfindən uzadılan sülh əlini tutmasını arzu edirik”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik hesabatda deyib.

O bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması üçün səmimi səylərini davam etdirir: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində onların yanında olmağa davam edəcəyik”.

Həmçinin, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin mina və partlamamış sursatlardan təmizlənməsi istiqamətində dəstəyini davam etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin