Ordu.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu HDQ-nin ikinci aviadaşıyıcı gəmisi olan “Shandong” çərşənbə axşamı Tayvan, Filippin və ABŞ-nin Sakit Okean ərazisi Quam arasındakı sularda Çinin 20-dən çox döyüş gəmisinə qoşulacaq.
Taypeydə Müdafiə Nazirliyinin dəstəklədiyi analitik mərkəzi olan Milli Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun analitiki Su Tzu-yun deyib ki, bu, Çinin aviadaşıyıcı gəmilərlə keçdiyi təlimlərin ən böyüyüdür.
“Onlar ətraflarında gedən müxtəlif hərbi təlimlərdən narazılıqlarını bildirirlər”, - deyə o qeyd edib.
Tayvan administrasiyasının Müdafiə Nazirliyi çərşənbə axşamı səhərə qədər 24 saat ərzində adanın ətrafındakı sularda Çin Xalq Azadlıq Ordusunun 20 döyüş gəmisini sayıb.
Sevinc Əliyeva
Ordu.az