Ordu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Londonda yerləşən “Malloy Aeronautics” şirkəti tərəfindən istehsal edilən PUA 180 kiloqram faydalı yük daşıya bilir və 70 kilometr məsafə qət edə bilir.
PUA saniyədə 35 metr və ya saatda 126 kilometr kreyser sürətinə malikdir ki, bu da onu hərbi nəqliyyat vasitələrindən daha sürətli edir.
Avtomatik olaraq qalxıb enə bilən vasitə əvvəlcədən proqramlaşdırılmış keçid nöqtələri vasitəsilə hərəkət edə bilər.
Nazirlikdən verilən məlumata görə, “Malloy” PUA-ları 370 milyon dollarlıq müdafiə yardım paketinin bir hissəsi olaraq Ukraynaya tədarük edilib.
Sevinc Əliyeva
Ordu.az