Ordu.az xəbər verir ki, bütün hissələri ilə birlikdə cəmi 4,5 kiloqram ağırlığında olan “Baykuş” mühərriki iki silindrli və iki taktlı dizaynda 12 at gücü hasil edir.
“Erin Motor” baş direktoru Ersin Şahin kütləvi istehsala başlamaq üçün gün saydıqlarını ifadə edərək, istehsal prosesi və yeni layihələr haqqında məlumat verib.
“Daxili yanma mühərriklərinin istehsalına ilk olaraq sənaye dizel mühərriklərinin dizaynı və istehsalı ilə başladıq. “Yıldız” Texniki Universiteti ilə iki “San-Tez” layihəsi və universitet-sənaye əməkdaşlıq layihələri nəticəsində 2400 dövrdə 18 kVt güc istehsal edən dizel mühərrikimizi dizayn və istehsal etdik. O zaman müdafiə sənayesinə addım atmaq istəyirdik və SAHA İstanbula üzv olduq. Daha sonra cənab Haluk Bayraktarla görüşdük və fabrikimizə səfəri zamanı işimizi və istehsalımızı gördükdən sonra bizi PUA mühərriklərinə yönləndirdi. O bildirdi ki, bu mühərriklərə Türkiyədə və dünyada ehtiyac var. Beləliklə, araşdırmalarımızı etdik və birdən özümüzü PUA-lar üçün mühərrik texnologiyaları üzərində işləyərkən gördük, yeri gəlmişkən, biz artıq Ar-Ge mərkəzimizi yaratmışdıq. 2 layihə ilə PUA vasitələri üçün mühərriklər hazırlamağa başladıq. Biri 6, digəri isə 12 at gücü olan 2 taktlı, benzinlə işləyən PUA mühərrikləridir. 12 at gücündə olan mühərrik “Baykar”ın DİHA-sında istifadə olunur. Hazırda onun kütləvi istehsala keçməsini gözləyirik”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az