ABŞ Müdafiə Nazirliyi 2023-cü il Kiber Strategiyası haqqında məlumat verib

2023/07/1690689698.jpg
Oxunub: 153     12:43     14 Sentyabr 2023    
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) may ayında Konqresə göndərdiyi gizli 2023-cü il Kiber Strategiyasının xülasəsini açıqlayıb.

Ordu.az xəbər verir ki, ABŞ-nin kiber siyasət üzrə katib müavini Miek Eoyanq Pentaqonda keçirilən mətbuat konfransında yeni strategiya haqqında məlumat verib.

Eoyanq Pentaqonun 2023-cü il Kiber Strategiyasının 2018-ci ildə müəyyən edilmiş prioritetlər əsasında hazırlandığını bildirib.

“Bu strategiya hücum və müdafiə əməliyyatları aparmaq təcrübəmizə əsaslanır”, - deyə o qeyd edib.

Eoyanq vurğulayıb ki, yeni strategiya həmçinin Rusiya-Ukrayna müharibəsində kiber əməliyyatların necə istifadə edildiyi və onun genişmiqyaslı hərbi əməliyyatlara inteqrasiyası ilə bağlı məlumatları da əhatə edir.

“Bu münaqişənin bizə göstərdiyi şey digər döyüş qabiliyyətləri ilə yanaşı inteqrasiya olunmuş kiber imkanların vacibliyidir”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon  


Bizi "telegram"da izləyin