Ukrayna “Storm Shadow/SCALP” qanadlı raketi ilə Rusiyanın desant gəmisini vurub - VİDEO

2023/09/Proje-1694675859.jpg
Oxunub: 310     11:16     14 Sentyabr 2023    
Ukrayna Rusiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “Project 775” sinfinə məxsus desant gəmisini “Su-24” qırıcı təyyarəsindən atdığı “Storm Shadow/SCALP” qanadlı raketi ilə vurub.

Ordu.az xəbər verir ki, ötən gecə Ukrayna Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Su-24” döyüş təyyarəsi Krımın Akyar/Sevastopol bölgəsində Rusiya Qara Dəniz Donanmasının “Project 775” (NATO kod adı: “Ropucha”) sinfinə məxsus desant Gəmisini qanadlı raketlərlə hədəfə alıb.

Böyük Britaniyanın tədarük etdiyi “Storm Shadow” və ya Fransanın verdiyi SCALP qanadlı raketləri (iki raketin sadəcə adları fərqlidir, praktiki olaraq eyni raketlərdir) ilə həyata keçirilən hücumda “Project 775” sinfinə məxsus desant gəmisinin ciddi zədələndiyi açıqlanıb.

Ukrayna vaxtaşırı kamikadze tipli insansız dəniz platformaları və raketlər ilə Rusiyanın Qara dəniz donanmasının gəmilərinə hücum edir. 2023-cü ilin avqustunda “Project 775” sinfinə məxsus tank desant gəmisi “Olenegorski Gornjak” Ukrayna tərəfindən insansız dəniz platforması ilə hədəfə alınıb.

“Project 11770 Serna” sinfinə məxsus desant gəmisi isə “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatından (PUA) atılan MAM-L sursatları ilə məhv edilib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Storm-Shadow/SCALP   Rusiya   HDQ  


Bizi "telegram"da izləyin