Somalidə “Əl-Şəbab” radikal qruplaşmasının 30 yaraqlısı öldürülüb

2023/09/0x630-1694668111.jpg
Oxunub: 225     09:07     14 Sentyabr 2023    
Somali hökumət qüvvələri beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək ölkənin mərkəzi hissəsində “Əl-Şəbab” ekstremist qruplaşmasının 30 silahlısını məhv edib.

Ordu.az-ın məlumatına görə, bu barədə Somalinin informasiya nazirinin müavini Əbdirəhman Yusuf Əl-Adala məlumat verib.

Onun sözlərinə görə, əməliyyat Əl-Qaras şəhəri yaxınlığındakı Qalmuduq ştatında həyata keçirilib. Hökumət qüvvələrinin itkiləri barədə məlumat verilmir.

Qeyd edək ki, “Əl-Şəbab” 2004-cü ildə Somalidə yaradılıb. Onun 10 minədək döyüşçüsü var və onlar əsasən ölkənin mərkəzi və cənub bölgələrində fəaliyyət göstərirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Əl-Şəbab  


Bizi "telegram"da izləyin