DSX: Gürcüstan istiqamətində sərhədi pozmağa cəhd edən Sudan vətəndaşları saxlanılıb

2021/10/16219-1633936536.jpg
Oxunub: 21688     10:31     13 Sentyabr 2023    
Sentyabrın 12-də saat 16:45-də “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hassan Abdelgadir Noreen və 1990-cı il təvəllüdlü Ahmed Mahmoud Mohamed Abdelrahman saxlanılıb.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.

Araşdırma zamanı saxlanılan şəxslərin 09.09.2023-cü il tarixdə ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.

Sentyabrın 12-də saat 20:00-da “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Babayev Ramiz Ələddin oğlu saxlanılıb.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Gürcüstan  


Bizi "telegram"da izləyin