ABŞ “Stinger”in modernləşdirilməsi üçün 730 milyon dollarlıq müqavilələr bağlayıb

2023/09/780e0-1694581315.jpg
Oxunub: 129     06:40     13 Sentyabr 2023    
Pentaqon ABŞ-ın hərbi-sənaye şirkətləri “Raytheon” və “Lockheed Martin” ilə “Stinger” hava hücumundan müdafiə sisteminin modernləşdirilməsi və dəyişdirilməsi üçün ümumi dəyəri 730 milyon dollardan çox olan iki müqavilə imzalayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Pentaqonun hesabatında deyilir.

“Stinger” raketlərinin təkmilləşdirilməsi və dəyişdirilməsi üçün “Raytheon”la müqavilənin dəyəri 418,3 milyon dollar təşkil edib. İşlər Arizona ştatının Tucson şəhərində aparılacaq və 2028-ci il martın 12-də başa çatacaq.

“Lockheed Martin” ilə müqavilənin məbləği 311,9 milyon dollar olub. Bununla bağlı işlər 2028-ci ilin iyun ayına qədər davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Stinger  


Bizi "telegram"da izləyin