Polşa Belarusla sərhədə 10 min əsgər cəmləşdirib

2023/08/polak-1692946842.jpg
Oxunub: 175     15:31     12 Sentyabr 2023    
“Polşa Belarusla sərhədə 10 min əsgər cəmləşdirib”.

Ordu.az xəbər verir ki, bunu Polşa Daxili İşlər Nazirliyinin müavini Maçey Vonsik Polşa radiosuna müsahibəsində bildirib. Eyni zamanda, o qeyd edib ki, Polşa-Belarus sərhədində “mütləq sakitlikdir”.

“Biz sərhədi çox gücləndirmişik. Tikdiyimiz hasar böyük əhəmiyyət kəsb edir və bu da bizə çox kömək edir. Bundan əlavə, orada 10 min əsgər var - onlardan 6 mini düşərgədə, 4 mini isə birbaşa sərhəddədir. Bundan əlavə, 5 min sərhədçi və minə yaxın polis əməkdaşı var”, - Vonsik bildirib.

Qeyd edək ki, avqustun 1-də Polşa Belarus sərhədində miqrant axınının artması səbəbindən Belarusla sərhəddə hərbi mövcudluğunu artırdığını elan edib. Son bir il ərzində Polşa hakimiyyəti Belarusla sərhədi qanunsuz keçməyə 16 min cəhd qeydə alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Belarus  


Bizi "telegram"da izləyin