“Business Insider”: Ukraynanın “Bayraktar TB2” PUA-ları dağıdıcı təsirlə döyüşə qayıdıb

2023/09/2023--1694507980.jpg
Oxunub: 27353     15:16     12 Sentyabr 2023    
Ukraynanın “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatları (PUA) müharibədə fəal şəkildə istifadə olunmağa davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri yazıb.

Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən paylaşılan video görüntülərdə “Bayraktar TB2” PUA-sının Qara dənizdə Rusiyanın KS-701 patrul gəmisini məhv etdiyi görünür.

Bu, Türkiyə istehsalı olan heyrətləndirici PUA-nın yenidən fəaliyyətə başladığına işarədir.

Sentyabrın 3-də “Telegram”da paylaşılan videoda ağ-qara görüntülərdə dağıdıcı partlayış nəticəsində dağılmadan əvvəl qayıqda hərəkət edən fiqurlar əks olunub.

Videonun altyazısında qeyd olunub: “Qara dənizin şimal-qərb hissəsində düşmənin şəxsi heyətini desant çıxarması cəhdi zamanı Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi-dəniz aviasiyası düşmənin KS-701 “Tunets” tipli katerini məhv edib. Düşmən 6 ölü və 2 yaralı işğalçı ilə itki verib”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Bayraktar-TB2  


Bizi "telegram"da izləyin